Bakı. Trend:
Çin xalqı sülhün tərəfdarıdır, heç vaxt təcəvüzkar olmaz, amma heç kəsə də ərazisindən bir qarış verməz. Trend-in məlumatına görə, bunu ölkə lideri Si Tszinpin Çin Milli Azadlıq Ordusunun 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə deyib.
Lider bəyan edib: "Heç bir şəxsə, təşkilata, yaxud siyasi partiyaya nə vaxtsa, hansısa yolla və ya formada Çindən bir qarış ərazi almasına imkan vermərik".
O qeyd edib ki, heç kəs Pekini "suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına" xələl gətirə biləcək nəyəsə dözməyə məcbur edə bilməz.
РИА Новости https://ria.ru/world/20170801/1499516085.html