...

Rusiyada tikiş fabrikində YANĞIN - Ölən var

Dünya xəbərləri Materials 10 Avqust 2017 17:56 (UTC +04:00)
Rusiyanın Smolensk şəhərində tikiş fabrikində yanğın baş verib
Rusiyada tikiş fabrikində YANĞIN - Ölən var

Bakı. Trend:

Rusiyanın Smolensk şəhərində tikiş fabrikində yanğın baş verib. Trend-in məlumatına görə, yanğın nəticəsində bir nəfər həlak olub.

Yanğın ümumilikdə 1000 kvadratmetrədək ərazini əhatə edib. Hadisə ilə əlaqədar fabrikdəki insanlar təxliyə edilib.

Yanğın bölgəsinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Yanğının baş vermə səbəbləri məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti