...

Çində zəlzələ nəticəsində ölənlərin sayı 24-ə çatıb

Dünya xəbərləri Materials 11 Avqust 2017 21:35 (UTC +04:00)
Çinin Sıçuan əyalətində baş vermiş 6,5 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 24 nəfərə çatıb
Çində zəlzələ nəticəsində ölənlərin sayı 24-ə çatıb

Bakı. Trend:

Çinin Sıçuan əyalətində baş vermiş 6,5 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 24 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, xəsarət alanları sayı isə 493 nəfərə çatıb.

Məlumata əsasən, həlak olan 24 nəfərin 14-ünün kimliyi məlum olub, 10 nəfərin isə kimliyi araşdırılır. X

Qeyd edək ki, 6,5 bal gücündə zəlzələ Çinin Sıçuan əyalətində avqustun 8-i yerli vaxtla saat 21:19-da baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti