...

“Ağıllı” pəncərələr də yaradıldı

Dünya xəbərləri Materials 16 Avqust 2017 20:23 (UTC +04:00)
Amerikalı alimlər günəş işığının qarşısını alan şüşənin yaradılması üçün yeni texnologiya təklif ediblər.
“Ağıllı” pəncərələr də yaradıldı

Bakı. Trend:

Amerikalı alimlər günəş işığının qarşısını alan şüşənin yaradılması üçün yeni texnologiya təklif ediblər.

Trend-in məlumatına görə, Maykl Makqinin rəhbərliyi ilə ABŞ-ın Stenford Universitetinin alimləri tərəfindən düzəldilmiş "ağıllı" pəncərələr bir dəqiqə ərzində şəffaf vəziyyətdən tutqun vəziyyətə və əksinə keçmək qabiliyyətinə malikdir. Belə şüşə platin nanozərrəciklərlə aşkarlanmış və mis ionlarının mənbəyi ilə birləşdirilmiş elektrik keçirici və şəffaf indium oksid-qalaydan hazırlanır.

Alimlərin sözlərinə görə, laboratoriyada işlək prototip heç bir deqradasiyaya uğramadan ümumilikdə 5500 dəfə bir vəziyyətdən başqa vəziyyətə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti