...

Rusiya qərarını dəyişdi - Türkiyədən pomidor alacaq

Dünya xəbərləri Materials 31 Avqust 2017 17:37 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Türkiyədən pomidor tədarükünə icazə verib. Trend-in məlumatına görə, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, icazə Türkiyənin yalnız 9 pomidor istehsalçısı müəssisəsinə şamil edilib.

Qeyd edək ki, bir müddət öncə kənd təsərrüfatı naziri Aleksandr Tkaçov bildirmişdi ki, Rusiyanın Türkiyədən pomidor almaq niyyəti yoxdur.

Xəbər lenti

Xəbər lenti