Bakı. Trend:
Türkiyə Myanmanı tərk edən rohinca müsəlmanlarına humanitar yardım göndərən ilk ölkə olacaq.
Trend-in məlumatına görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
Onun sözlərinə görə, Türkiyə Myanmaya 100 tona yaxın ərzaq və geyim məhsulları yollayacaq.
Bir müddət əvvəl prezident Rəcəb Tayyib Ərdoğan da Myanma müsəlmanlarına yardım ediləcəyini bildirmişdi.