Bakı. Trend:
Myanmadan Banqladeşə qaçqınları aparan qayıqların aşması nəticəsində azı 5 uşaq həlak olub.
Trend-in məlumatına görə, zorakılıqdan qaçan rohinca müsəlmanlarının olduğu 3-4 qayıq Banqladeşlə Myanma arasında sərhəd rolunu oynayan Naf çayında aşıb.
Hazırda qayıqda olan digər qaçqınların axtarışlar aparılır.
Daha öncə isə avqustun sonlarında həmin çayda qayıq aşması nəticəsində 40-a yaxın rohinca müsəlmanlarının həlak olması barədə məlumat verilmişdi.
Qeyd edək ki, avqustun 25-dən Arakan vilayətində Myanma hərbçilərinin "təhlükəsizlik əməliyyatı" zamanı 2 mindən çox müsəlman qətlə yetirilib, 100 mindən çoxu isə evlərini tərk etməyə məcbur olub.