...

Tramp ABŞ-ın dövlət borcunun yuxarı həddini ləğv etməyi təklif edib

Dünya xəbərləri Materials 8 Sentyabr 2017 00:06 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp ABŞ-ın dövlət borcunun yuxarı həddinin aradan qaldırılmasını təklif edib
Tramp ABŞ-ın dövlət borcunun yuxarı həddini ləğv etməyi təklif edib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp ABŞ-ın dövlət borcunun yuxarı həddinin aradan qaldırılmasını təklif edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ lideri Ağ evdə jurnalistlərə deyib.

Onun sözlərinə görə, borcun yuxarı həddinin ləğv olunması haqda söhbətlər çoxdan gedir: "Ona görə də bu məsələ müzakirə olunacaq. Yuxarı həddin olması vəziyyəti çətinləşdirir, o, əslində mütləq deyil".

Qeyd edək ki, hazırda ABŞ-ın dövlət borcu 19,8 trilyon dollar və ya ölkənin ÜDM-nin 105% təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti