...

"İrma"nın dərdi bitməmiş, "Xose" gəlir

Dünya xəbərləri Materials 8 Sentyabr 2017 21:58 (UTC +04:00)
Atlantik okeanı üzərində formalaşmış “Xose” qasırğasının gücü beşballıq cədvəl ilə 4 bala çatıb
"İrma"nın dərdi bitməmiş, "Xose" gəlir

Bakı. Trend:

Atlantik okeanı üzərində formalaşmış "Xose" qasırğasının gücü beş ballıq cədvəl ilə 4 bala çatıb.

Trend-in məlumatına görə, qasırğa saatda 240 kilometr sürətlə Karib hövzəsinə yaxınlaşır. Qeyd edək ki, hazırda həmin bölgədə "İrma" qasırğası tüğyan edir.

Son məlumata görə, "İrma" qasırğası nəticəsində 16 nəfər həyatını itirib.

ABŞ-ın Mayami şəhərində isə "İrma" qasırğası ilə əlaqədar hava limanında 600-ə yaxın reys təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti