Bakı. Trend:
Meksika sahillərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Oahaka ştatında 25 nəfər həlak olub, 250 nəfər xəsarət alıb, Çyapas ştatında 7 nəfər, Tabasko ştatında isə 2 nəfər həlak olub.
Qeyd edək ki, zəlzələn 8,2 bal gücündə Tonala şəhərindən 137 kilometr cənub-şərqdə baş verib.