...

Daha bir kurort bölgəsində spirtli içkilərə QADAĞA

Dünya xəbərləri Materials 18 Sentyabr 2017 13:01 (UTC +04:00)

Bakı. Trend:

Hindistanın Qoa ştatının rəhbərliyi yeni istirahət mövsümünün başlanması ilə ictimai yerlərdə spirtli içkilərin satışını qadağan etmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu ştatın baş naziri elan edib.

Qadağa artıq bu ilin oktyabrında qüvvəyə minə bilər.

Nazirin sözlərinə görə, bu qərara səbəb sərxoş insanların səbəb olduğu xoşagəlməz halların qarşısını almaqdır.

Yeni qərara əsasən, spirtli içkini yalnız qapalı məkanda içmək mümkün olacaq. Mağazaların girişində spirtli içki içiləcəyi təqdirdə mağazanın cərimə olunacağı da bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti