...

İstanbulda özəl təyyarə qəzaya uğrayıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 22 Sentyabr 2017 00:07 (UTC +04:00)
İstanbulun Atatürk hava limanında özəl təyyarə qəzaya uğrayıb
İstanbulda özəl təyyarə qəzaya uğrayıb (YENİLƏNİB)

Bakı. Trend:

İstanbulun Atatürk hava limanında baş verən qəza nəticəsində dörd nəfər xəsarət alıb. Trend-in məlumatına görə, xəsarət alanların üçü ekipaj üzvüdür, biri isə sərnişindir.

Qeyd olunur ki, təyyarə eniş edərkən qəzaya uğrayıb.

X X X

22:56

İstanbulun Atatürk hava limanında özəl təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində hava limanında təyyarələrin uçuşu və enişi dayandırılıb.

Ölən və xəsarət alanlar barədə məlumat verilmir.

İstanbulun Atatürk hava limanında baş verən hadisə Bakıdan aviareyslərin yerinə yetirilməsinə təsir göstərməyib. Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq hava limanından bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti