...

Rusiyanın son kimyəvi silah ehtiyatları məhv edildi

Dünya xəbərləri Materials 27 Sentyabr 2017 17:32 (UTC +04:00)
Rusiyanın son kimyəvi silah ehtiyatları Udmurtiyada məhv edilib
Rusiyanın son kimyəvi silah ehtiyatları məhv edildi

Bakı. Trend:

Rusiyanın son kimyəvi silah ehtiyatları Udmurtiyada məhv edilib.

Trend-in məlumatına görə, bu prosesdə "telekörpü" vasitəsilə ölkə prezidenti Vladimir Putin də iştirak edib.

Məluamat görə, Udmurtiyanın Kizner qəsəbəsində hərəsi bir kiloqram ölçüdə olan iki mərmidən kimyəvi maddələr çıxarılıb və zərərsisləşdirib.

Bu, Rusiyanın 40 min tonluq kimyəvi silah ehtiyatının sonuncu hissəsi olub.

Qeyd edək ki, kimyəvi silahların məhv edilməsinə V.Putinin tapşırığından sonra başlanmışdı.

Xəbər lenti

Xəbər lenti