Bakı. Trend:
Türkiyə vətəndaşları arasında Avropa İttifaqına daxil olmaq istəyənlərin sayı ciddi şəkildə azalıb.
Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Aİ Türkiyəyə qarşı iki standartlar tətbiq etməkdədir: “Türkiyə xalqı tərəfindən Aİ-yə daxil olmaq fikrinin dəstəklənməsi kəskin şəkildə azalıb. Biz Avropanın bizə qarşı ikili standartlarına qarşıyıq. Təhlükəsizlik baxımdan bizim öz məqsədlərimiz var və biz onları icra edəcəyik. Aİ tərəfdən bizə altı tələb qoyulmuşdu – biz onları yerinə yetirmişik. Amma indi Aİ bizimlə başqa cür danışır”.
M.Çavuşoğlu onu da əlavə edib ki, Türkiyə Aİ-yə daxil olmaq üçün işləməyə hazırdır, amma Avropa da Türkiyə istiqamətində addım atmalıdır.