Bakı. Rufiz Hafizoğlu - Trend:
İraqın Baş naziri Heydər əl-Abadi türkiyəli həmkarı Binəli Yıldırımı Bağdada səfərə dəvət edib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Baş naziri B.Yıldırım bəyan edib.
O qeyd edib ki, hazırda İraqa səfərinin tarixi müəyyənləşdirilir.
B.Yıldırım bildirib ki, Ankara xüsusilə İraqın kürd muxtariyyətində müstəqillik haqqında qanunsuz referendumun keçirilməsindən sonra Bağdadla münasibətlərin inkişafında maraqlıdır.