Bakı. Orxan Nəbiyev - Trend:
Türkiyənin Antalya vilayətinin Qorqudeli rayonunun prokuroru Qədir Küçükönər silahlı hücuma məruz qalıb.
Trend-in məlumatına görə, prokurora iş otağında atəş açılıb.
Hadisə nəticəsində Q.Küçükönər ağır vəziyyətdə helikopterlə xəstəxanaya yerləşdirilib.
Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.
İnsidentlə bağlı araşdırma başlayıb.