Bakı. Trend:
ABŞ-ın Kaliorniya ştatında meşə yanğınları qurbanlarının sayı 32 nəfər çatıb.
Trend-in "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, daha əvvəl 31 nəfərin öldüyü bildirilirdi. Yanğınlar azı 5,7 min ev və sənaye binalarını yararsız hala salıb.
Qeyd edək ki, yanğınlar səbəbindən 90 mindən çox insan təxliyə olunub.