Bakı. Orxan Nəbiyev - Trend:
İtaliyanın cənubundakı Bari şəhərində sahil-mühafizə xidməti qayıqlardan birində 1,5 ton marixuana müsadirə edib.
Trend-in məlumatına görə, narkotik vasitələrin ümumi dəyəri 15 milyon avro təşkil edir.
Hadisə ilə bağlı qayıqda olan iki nəfər – Albaniya vətəndaşları saxlanılıb.
Bundan başqa, Bari və Taranto şəhərlərində də polis ümumilikdə 1,5 milyon avro dəyərində narkotik vasitə müsadirə olunub.