...

İstanbul teraktın qarşısı alınıb, 4 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 29 Oktyabr 2017 14:55 (UTC +04:00)
İstanbul polis Departamenti Bayrampaşada ələ keçirilən terrorçu haqda yazılı bəyanat verib
İstanbul teraktın qarşısı alınıb, 4 nəfər saxlanılıb

Bakı. Trend:

İstanbul polis Departamenti Bayrampaşada ələ keçirilən terrorçu haqda yazılı bəyanat verib.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ticarət mərkəzinin dayanacağında partlayıcı ilə yüklənmiş avtomobil və minalanmış motosiklet saxlanılıb.

Bildirilir ki, polis İŞİD-in 2 hazırlıq nöqtəsini aşkar edib, biri yaralı olmaqla 4 terrorçu həbs edilib.

Polisi partlayıcı hazırlanması üçün istifadə olunan çoxlu materiallar və sursat aşkar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti