Bakı. Trend:
Nyu-Yorkun mərkəzində yük maşını insanların üzərinə sürülüb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 8 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.
Məlumata əsasən, şəhərin meri hadisəni terror aktı kimi dəyərləndirib.
Qeyd edək ki, yük maşınınn sürücüsü polislər tərəfindən saxlanılıb.
XXX
00:54
Nyu-Yorkun mərkəzində yük maşını insanların üzərinə sürülüb.
Trend-in "ABC News"a istinadən verdiyi məlumata görə, insident nəticəsində 7 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.
Məlumata əsasən, yük maşınınn sürücüsü polislər tərəfindən saxlanılıb.