Bakı. Trend:
Liviyanın cənubunda üç Türkiyə, bir Almaniya vətəndaşı itkin düşüb.
Trend-in məlumatına görə, "Al-Arabia" telekanalı Türkiyəyə məxsus tikinti şirkətinin əməkdaşları olan alman mühəndislə 3 türkün yoxa çıxdığını yayıb. Lakin onların nə vaxt və hansı şəraitdə itkin düşdüyü məlum deyil.
"BBC Arabic” telekanalı isə Liviyada 4 nəfərin silahlı qruplaşmalar tərəfindən oğurlandığı barədə xəbər yayıb. Məlumat rəsmi təsdiqlənməyib.