...

Çin naviqasiya sistemi üçün orbitə iki peyk çıxarıb

Dünya xəbərləri Materials 5 Noyabr 2017 23:16 (UTC +04:00)
Çin orbitə naviqasiya sistemi üçün daşıyıcı-raket "Çançjen-3B" ilə 2 "Beidou-3" peyki çıxarıb
Çin naviqasiya sistemi üçün orbitə iki peyk çıxarıb

Bakı. Trend:

Çin orbitə naviqasiya sistemi üçün daşıyıcı-raket "Çançjen-3B" ilə 2 "Beidou-3" peyki çıxarıb.

Trend-in "Xinhua"ya istinadən verdiyi məlumata görə, hər iki peyk uğurla orbitə çıxıb. "Beidou-3" peyki orbitə ilk dəfə çıxarılıb.

Məlumata əsasən, Çin bu il orbitə 8, gələn ilin sonuna qədər 18, 2020-ci ilin sonuna qədər isə 30 "Beidou-3" peyki çıxarmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti