Bakı. Trend:
Türkiyə ABŞ vətəndaşları üçün viza verilməsini "məhdud həcmdə" bərpa edir.
Trend-in məlumatına görə, bu haqda Türkiyənin ABŞ-dakı səfirliyinin bəyanatında deyilir.
Qeyd edək ki, ABŞ oktyabrın 8-i ABŞ konsulluğunun əməkdaşının Türkiyədə həbs olunmasıdan sonra Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb.
Türkiyə də, öz növbəsində, ABŞ vətəndaşlarına viza verilməsini saxlayıb.