Bakı. Trend:
Türkiyənin Baş Naziri Binəli Yıldırım ABŞ-ın Vitse-prezidenti Mayk Penslə ilə görüşüb.
Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüş Ağ Evdə baş tutub.
1 saat və 20 dəqiqə davam eden görüş mətbuat üçün qapalı formatda keçirilib.
Görüşdə həmçinin Türkiyə XİN-in rəhbəri Mövlud Çavuşoğlu, Energetika və Təbii Sərvətlər Naziri, Berat Albayrak, Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç və digər rəsmi şəxslər iştirak ediblər.
Görüşdən sonra Türkiyə Baş Naziri Nyu-yorka yola düşüb.