...

"TransCanada"nın neft kəmərində baş verən qəza nəticəsində 795 min litr neft axıb

Dünya xəbərləri Materials 17 Noyabr 2017 07:09 (UTC +04:00)

Bakı. Trend:

Kanadanın "TransCanada" şirkətinin "Keystone" neft kəmərinin ABŞ-dan keçən hissəsində qəza baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qəza nəticəsində kəmərdən 795 litr nef axıb. Qəza Cənubi Dakota ştatında baş verib. Nəticədə kamərin Hardisti şəhərindən (Kanada, Albert əyaləti) ABŞ-ın Kaşinq şəhərinə (Oklahoma ştatı) və Patoka şəhərinə (İllinois ştatı) qədər keçən hissəsi bağlanıb.

Qeyd edək ki, "Keystone" neft kəməri Albert əyalətindən və Meksika körfəzindən ABŞ-ın Nebraska, İllinois, Oklahoma və Texas ştatlarında yerləşən neft emalı zavodlarına ötürülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti