...

İstanbulda kafe atəşə tutulub, yaralananlar var

Dünya xəbərləri Materials 22 Noyabr 2017 08:54 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində naməlum şəxslər kafeni atəşə tutublar
İstanbulda kafe atəşə tutulub, yaralananlar var

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin İstanbul şəhərində naməlum şəxslər kafeni atəşə tutublar.

Trend-in məlumatına görə, hadisə nəticəsində 3 nəfərin yaralandığı bildirilir. Atəş açan şəxslər qaçmağa nail olublar.

Məlumata əsasən, bütün yaralananlar Türkiyə vətəndaşlarıdır və yaxınlıqdakı xəstəxanaları yerləşdiriliblər.

Hazırda İstanbul polisi cinayətkarların axtarışını aparır.

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti