...

İŞİD-dən Milad bayramı ərəfəsində Vatikanda terror XƏBƏRDARLIĞI

Dünya xəbərləri Materials 23 Noyabr 2017 17:04 (UTC +04:00)

Bakı. Trend:

İŞİD terror təşkilatı ilə əlaqəli olan qruplaşmalardan biri Milad bayramı ərəfəsində Vatikanda terror aktı törətmək planları barədə xəbər yayıb.

Trend-in məlumatına görə, qruplaşma Vatikanda Müqəddəs Pyotr kilsəsinə yaxınlaşan avtomobilin əks olunduğu plakat yayımlayıb.

Bundan başqa, Roma papası I Fransiskin başsız bədəninin əks olunduğu plakat da nümayiş etdirib.

Hazırda bu təhdidlə bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti