...

Polşada güclü qar yağdı - 300 min nəfər işıqsız qaldı

Dünya xəbərləri Materials 1 Dekabr 2017 15:37 (UTC +04:00)
Polşada aramsız yağan güclü qar nəticəsində 300 minə yaxın adam işıqsız qalıb
Polşada güclü qar yağdı - 300 min nəfər işıqsız qaldı

Bakı. Trend:

Polşada aramsız yağan güclü qar fəsadlara yol açıb. Trend-in məlumatına görə, aramsız qar nəticəsində 300 minə yaxın adam işıqsız qalıb.

Paytaxt Varşavada qar 24 saat dayanmadan yağıb.

Güclü qar müxtəlif vilayətlərdə elektrik təchizatını sıradan çıxarıb.

Meteoroloqların məlumatına görə, ölkə ərazisində qar bu gün də davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti