...

Türkiyə ilk teleskopunu hazırlayır

Dünya xəbərləri Materials 4 Dekabr 2017 12:29 (UTC +04:00)
Türkiyə istehsallı ilk teleskop 2020-ci ildə istismara veriləcək.
Türkiyə ilk teleskopunu hazırlayır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə istehsallı ilk teleskop 2020-ci ildə istismara veriləcək.

Trend-in məlumatına görə, "Şərqi Anadolu Rəsədxanası" (Doğu Anadolu Gözlemevi – DAG) teleskopunun yaradılması layihəsi "Adaptif Optik Sistemi" optik şirkəti ilə birgə İstanbul Universitetində həyata keçirilir.

Türkiyə mətbuatı yeni teleskopun "HUBBLE" kosmik teleskopundan 7 dəfə üstün imkanlara malik olacağını yazır.

Teleskopun quraşdırılması üzrə işlərin 2019-cu ildə başa çatacağı bildirilir.

Layihənin ümumi dəyəri 150 milyon dollar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti