...

Ərdoğan: ABŞ-ın Qüdslə bağlı addımı BMT TŞ-a böyük zərbədir

Dünya xəbərləri Materials 9 Dekabr 2017 19:26 (UTC +04:00)
ABŞ-ın Qüdslə bağlı addımı üzv olduğu BMT-in Təhlükəsizlik Şurasına böyük zərbə oldu
Ərdoğan: ABŞ-ın Qüdslə bağlı addımı BMT TŞ-a böyük zərbədir

Bakı. Trend:

ABŞ-ın Qüdslə bağlı addımı üzv olduğu BMT-ın Təhlükəsizlik Şurasına böyük zərbə oldu.

Trend-in türk mediasına istinadən verdiyi məlumata əsasən, bunu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözləriunə görə, ABŞ bu addımı ilə BMT Təhlükəsizlik Şurasının imzaladığı 478-ci qətnaməsinə məhəl qoymayıb. "Məgər bu mümkündür? Öncə imzalayırsan, sonra inkar edirsən", deyə o əlavə edib.

Türkiyə prezidenti həmçinin bildirib ki, böyük dövlətlərin başçıları münaqişə tərəflərini barışdırmalıdır, münaqişəni qızışdırmalı deyil.

Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

Hazırda bu məsələ ilə bağlı İordan çayının qərb sahilində fələstinlilərlə İsrail polisi arasında toqquşmalar davam edir.

Bundan başqa Ankara, Qahirə kimi iri şəhərlərdə D.Trampın bu qərarına etiraz olaraq nümayişlər başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti