...

Almaniyada 15 metrlik Milad şam ağacı aşıb, xəsarət alanlar var

Dünya xəbərləri Materials 11 Dekabr 2017 01:12 (UTC +04:00)
Almaniyanın Eşvayler şəhərində 15 metrlik Milad şam ağacı aşıb
Almaniyada 15 metrlik Milad şam ağacı aşıb, xəsarət alanlar var

Bakı. Trend:

Almaniyanın Eşvayler şəhərində 15 metrlik Milad şam ağacı aşıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 15 metrlik Milad şam ağacı uşaq karuselinin üzərinə aşıb və 4 nəfərə yaxın insan xəsarət alıb. Xəsarət alanlar arasında uşaqların olmadığı bildirilir.

Hadisənin başvermə səbəbi məlum deyil.

Qeyd edək ki, Alamaniyada güclü qar səbəbindən bir neçə hava limanı aviaresləri təxirə salıb.

Xəbər lenti

Xəbər lenti