...

Dövlət katibi: ABŞ KXDR ilə danışıqlara hazırdır

Dünya xəbərləri Materials 13 Dekabr 2017 01:44 (UTC +04:00)
ABŞ istənilən zaman Şimali Koreya ilə danışıqlar aparmağa hazırdır, Dövlət katibi Reks Tillerson çərşənbə axşamı bildirib
Dövlət katibi: ABŞ KXDR ilə danışıqlara hazırdır

Bakı. Trend:

ABŞ istənilən zaman Şimali Koreya ilə danışıqlar aparmağa hazırdır, Dövlət katibi Reks Tillerson çərşənbə axşamı bildirib.

Trend-in məlumatına görə, Tillerson bu barədə Vaşinqtonda Atlantik Şuranın iclasında çıxış edərkən bəyan edib.

"KXDR səlahiyyətlilərinin danışıqlar masası arxasına oturması zəruridir və biz istədikləri vaxt onlarla danışmağa hazırıq" deyə o bildirib.

Tillerson həmçinin vurğulayıb ki, "hər yeni raket sınağı ilə, KXDR dünya birliyindən daha da təcrid olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti