...

Ərdoğan Trampın Qüds qərarının ləğvi üçün atılacaq addımı açıqladı

Dünya xəbərləri Materials 15 Dekabr 2017 16:15 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Donald Trampın Qüdslə bağlı qərarının dəyişməsi üçün əlindən gələni edəcək.

Trend-in məlumatına görə, bu bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan çıxış edib.

R.T.Ərdoğan qərarın ləğvi üçün atılacaq addımı da açıqlayıb. Türkiyəli lider bildirib ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılacaq.

R.T.Ərdoğan: “Qüdsün İsrailin paytaxtı kimi tanınması qanunsuzdur və biz inanırıq ki, ABŞ bu qərarı dəyişəcək”.

Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin
paytaxtı kimi tanıdığını elan edib.

Xəbər lenti

Xəbər lenti