...

Jan-Klod van Dam Türkiyədə idman mərkəzləri açacaq

Dünya xəbərləri Materials 18 Dekabr 2017 11:10 (UTC +04:00)
Dünya şöhrətli aktyor Jan-Klod van Dam Türkiyədə sağlamlıq və idman mərkəzi şəbəkəsi açacaq.
Jan-Klod van Dam Türkiyədə idman mərkəzləri açacaq

Bakı. Trend:

Dünya şöhrətli aktyor Jan-Klod van Dam Türkiyədə sağlamlıq və idman mərkəzi şəbəkəsi açacaq.

Trend-in məlumatına görə, "Hollivud" ulduzu "Fitness&Health" adlı layihəsini müzakirə etmək üçün İstanbulda toplantı təşkil edəcək.

Layihə qənaətbəxş qəbul edilərsə, belçikalı aktyor idman mərkəzlərini əvvəlcə İzmit, İstanbul, Ankara və İzmir şəhərlərində açacaq.

Bundan sonra "Fitness&Health"in Nyu York, Mayami, Dubay və Londonda da bölmələrinin açılacağı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti