Bakı. Trend:
İspaniyanın Valensiya şəhərində polis gəmilərin birində 1,1 ton kokain aşkar edib.
Trend-in məlumatına görə, polis narkotik vasitələrin yoxlama zamanı iki konteynerdə tapıldığını qeyd edib.
Polis həmin gəminin ABŞ-ın Kaliforniya ştatından gəldiyini bildirib.
Qeyd olunur ki, bu, İspaniya polisinin son bir ay ərzində aşkar etdiyi dördüncü iri həcmdə narkotik vasitədir.
Ümumilikdə 2017-ci il ərzində İspaniyada 30 tondan çox kokain, 20 tona yaxın marixuana və 440 kiloqram heroin aşkarlandığı bildirilir.