...

Putinlə Ərdoğan arasında telefon söhbəti olub - Nədən danışıblar?

Dünya xəbərləri Materials 22 Dekabr 2017 14:42 (UTC +04:00)

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Trend-in məlumatına görə, iki ölkə lideri BMT Baş Assambleyasının Qüdslə bağlı son qətnaməsi müzakirə edilib.

Qeyd edək ki, ötən gün BMT Baş Assambleyası ABŞ-ın Qüds şəhərinə İsrail paytaxtı statusunun verilməsi haqqında qərarının tanınmaması barədə qətnamə qəbul edib.

Sənədin lehinə 128, əleyhinə isə 9 ölkə səs verib, 35 ölkə bitərəf qalıb.

Xəbər lenti

Xəbər lenti