Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Nazirlər Kabinetinin tərkibində dəyişikliklər istisna olunmur.
Trend-in məlumatına görə, bunu Türkiyə Baş nazirinin müavini Rəcəb Akdağ deyib.
O qeyd edib ki, hökumətin tərkibində dəyişikliklərin baş verməsi hökumətin işinə təsir etməyəcək.
R.Akdağ həmçinin vurğulayıb ki, Türkiyədə növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilmir.
Qeyd edək ki, bu gün Türkiyə KİV-lərində hökumətdə dəyişikliklərin baş verə biləcəyi barədə xəbər yayılıb.
Məlumata görə, Nazirlər Kabinetinə 18 yeni nazir daxil edilə bilər.