Bakı. Trend:
Avropa İttifaqı üçüncü ölkələrdən miqrantların kütləvi axınının qarşısını almalıdır.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu Almaniya XİN rəhbəri Ziqmar Qabriel deyib.
"Hal-hazırda kütləvi miqrant axınlarının qarşısını almaq lazımdır", deyə Qabriel bildirib və qeyd edib ki, 2015-ci ildə bu göstərici həddi aşıb.