...

Yıldırım: Türkiyə ABŞ-dan daha təhlükəsizdir

Dünya xəbərləri Materials 12 Yanvar 2018 16:05 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə ABŞ-dan daha təhlükəsizdir.

Trend-in məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ Dövlət Departamentinin öz vətəndaşlarına Türkiyəyə səfər etməmək çağırışını şərh edərkən deyib.

B.Yıldırım vurğulayıb ki, heç bir ölkə terror aktlarından sığortalanmayıb.

Baş nazir əlavə edib: “Sanki elə təəssürat yaranır ki, ABŞ şəhərlərində terror aktları olmur”.

Xəbər lenti

Xəbər lenti