...

Portuqaliyada yanğın baş verib: 8 ölü

Dünya xəbərləri Materials 14 Yanvar 2018 07:11 (UTC +04:00)
Portuqaliyanın Vila-Nova-de-Rainya şəhərində istirahət mərkəzində yanğın baş verib
Portuqaliyada yanğın baş verib: 8 ölü

Bakı. Trend:

Portuqaliyanın Vila-Nova-de-Rainya şəhərində istirahət mərkəzində yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın istirahət mərkəzinin binasında keçirilən kart turniri zamanı. Yanğın nəticəsində 8 nəfər həlak olub, onlarla insan xəsarət alıb.

Yanğınsöndürənlər bildiriblər ki, yanğına səbəb qazanxanada baş verən partlayış olub. Hazırda bütün xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti