...

Çilidə Roma Papasının səfərinə etiraz olaraq 3 kilsə yandırıldı

Dünya xəbərləri Materials 17 Yanvar 2018 17:26 (UTC +04:00)
Roma Papası I Fransiskin səfərinin davam etdiyi Çilidə etirazlar səngimir
Çilidə Roma Papasının səfərinə etiraz olaraq 3 kilsə yandırıldı

Bakı. Trend:

Roma Papası I Fransiskin səfərinin davam etdiyi Çilidə etirazlar səngimir.

Trend-in məlumatına görə, Papanın səfərinə etiraz olaraq ötən gecə Araukaniya vilayətində 3 kilsə yandırılıb.

Bundan başqa, Kuranilaue vilayətində yerli şirkətlərdən birinə məxsus iki helikopter yandırılıb. Polisin verdiyi məlumata görə, hadisə yerində maluçe hindularının radikal qruplaşmalarının çağırışlarının qeyd olunduğu vərəqələr tapılıb.

Qeyd edək ki, Roma Papasının Cənubi Amerikaya səfəri yanvarın 15-dən başlayıb.

Bu gün Papa I Fransisk Temuko şəhərində hindu icması ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti