...

"Ford" 15 mindən çox avtomobili geri çağırıb

Dünya xəbərləri Materials 22 Yanvar 2018 16:34 (UTC +04:00)
"Ford" Rusiyada 15 mindən çox avtomobili geri çağırıb
"Ford" 15 mindən çox avtomobili geri çağırıb

Bakı. Trend:

"Ford" Rusiyada 15 mindən çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, geri çağırılma Rusiyada 2012-ci ilin mayından 2014-cü ilin dekabrınadək satılmış "Kuqa" və “C-Max” modellərinə şamil olunur.

Məlumatda qeyd olunur ki, qərar silindr bloku başlığının qızması ilə əlaqədardır.

Bu qüsurun korpusda çatların yaranmasına və yağ sızmasına səbəb ola biləcəyi deyilir.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti