...

Bişkek səhəri "qara açdı" - Bazar yanır

Dünya xəbərləri Materials 30 Yanvar 2018 09:46 (UTC +04:00)
Qırğızıstanın paytaxı Bişkekin mərkəzində "Oş" bazarı yanır.
Bişkek səhəri "qara açdı" - Bazar yanır

Bakı. Trend:

Qırğızıstanın paytaxı Bişkekin mərkəzində "Oş" bazarı yanır.

Trend-in məlumatına görə, bu barədə respublika Fövqəladə Hallar Xidməti xəbər yayıb.

Məlumata görə, yanğın səhər saatlarında başlayıb. Hazırda bazarın ərazisi nəzarətə götürülüb, hadisə yerində yanğınsöndürənlər işləyir.

İlkin məlumata görə, yanğın bazarda bir neçə dükanı əhatə edib.

Yanğın zamanı xəsarət alanlar barədə hələ məlumat daxil olmayıb.

Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti