Bakı. Trend:
Pakistanın şimalında yerləşən Svat dairəsində, hərbi hissədə terrorçu-intiharçı tərəfindən partlayış törədilib.
Trend-in "Geo TV" telekanalına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 11 hərbçi həlak olub, 13-ü isə xəsarət alıb. Həlak olanlardan 3-ü hadisə yerində, 7-si isə xəstəxanada ölüb. Daha bir nəfərin ölümü barədə təfərrüatlar açıqlanmır.
Qeyd edilir ki, terrorçu-intiharçı partlayışı hərbi hissənin idman meydaçasında törədib.