Bakı. Trend:
Moskvanın hava limanlarında qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar 100-dən çox reys ləngiyib.
Trend-in məlumatına görə, gecə saatlarında Moskvaya yağan qar səhərə yaxın daha güclənib. Nəticədə Şeremetyevo aeroportunda 54 reys təxirə salınıb.
Domodedovo hava limanında isə 45 reys ləngiyib, 6 uçuş ləğv edilib.
Bundan başqa, Rusiya paytaxtının Vnukovo hava limanında 3 reys təxirə salınıb, 4-ü ləğv edilib.