...

Sinqapur aviaşousunda Cənubi Koreyanın təyyarəsi yanıb

Dünya xəbərləri Materials 6 Fevral 2018 13:21 (UTC +04:00)
Sinqapurda keçirilən aviaşou zamanı Cənubi Koreyanın pilotaj qrupuna məxsus təyyarələrdən biri yanıb
Sinqapur aviaşousunda Cənubi Koreyanın təyyarəsi yanıb

Bakı. Trend:

Sinqapurda keçirilən aviaşou zamanı Cənubi Koreyanın pilotaj qrupuna məxsus təyyarələrdən biri yanıb.

Trend-in məlumatına görə, hadisə təyyarənin nümunəvi uçuşlara hazırlığı zamanı baş verib.

Yanğın nəticəsində pilot yüngül xəsarət alıb. Hadisədən sonra hava limanının bir uçuş-eniş zolağı bağlanıb və bütün nümunəvi uçuşlar təxirə salınıb.

Qeyd edək ki, Sinqapur aviaşousunda İndoneziya, Malayziya, ABŞ və Tayland pilotları da iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti