...

“Boko Haram” 13 girovu azad etdi

Dünya xəbərləri Materials 11 Fevral 2018 04:39 (UTC +04:00)

Bakı. Trend:

“Boko Haram” terror qruplaşması Nigeriyada oğurlanmış 13 girovu azad edib.

Trend-in məlumatına görə, girovlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə keçirilmiş hakimiyyət nümayəndələri ilə danışıqlardan sonra azad edilib.

Azad edilənlər arasında UNIMAID universitetinin üç mühazirəçisinin və on qadının olduğu bildirilir.

Məlumata əsasən, onlar Borno ştatının Mayduquri şəhərinin yaxınlığında terrorçuların polis konvoyuna hücumu zamanı oğurlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti