Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Təhlükəsizlik üzrə 54-cü Münhen konfransında iştirak edəcək. Bu barədə Trend-ə Türkiyə Xarici İşlər Nazirliyindən bildiriblər.
Qeyd edək ki, 54-cü Münhen konfransı fevralın 16-18-də keçiriləcək. Türkiyəni konfransda xarici işlər naziri Mövlud Çavuşoğlu təmsil edəcək.
Türkiyə XİN-dən bildiriblər ki, Türkiyə konfransın işinə böyük diqqət ayırıb, beləki forumun gündəliyinə terrorizmlə mübarizə ilə bağlı məsələ, Yaxın Şərq problemi, eləcə də Türkiyə-NATO münasibətləri daxildir.