...

Meksikada zəlzələdən sonra bir milyona yaxın ev elektrik enerjisiz qalıb

Dünya xəbərləri Materials 17 Fevral 2018 08:35 (UTC +04:00)
Meksikada güclü zəlzələdən sonra bir milyona yaxın ev elektrik enerjisiz qalıb
Meksikada zəlzələdən sonra bir milyona yaxın ev elektrik enerjisiz qalıb

Bakı. Trend:

Meksikada güclü zəlzələdən sonra bir milyona yaxın ev elektrik enerjisiz qalıb.

Trend-in məlumatına görə, bu barədə Meksikanın elektrik enerjisi üzrə federal komissiyanın baş direktoru Hayme Ernandes deyib.

O, bildirib: "Yerli vaxtla saat 19:00 görə bildirirəm ki, paytaxt Mexiko şəhərində, Mexiko, Oaxaka, Herrero və Morelos ştatlarında 998 min yaşayış evinə və ticarət obyektinə elektrik enerjisinin verilməsində problem yaranıb".

Hazırda operativ xidmətlər elektrik enerjisinin verilməsinin tezliklə bərpası üzrə işlər aparır.

Qeyd edək ki, bugün Meksikanın Oaxaka ştatında 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Oaxaka-de-Xuares bələdiyyəsindən 118 kilometr qərbdə, ocağı isə 12 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralanan olmayıb.

Xəbər lenti

Xəbər lenti