...

Venesuela nefti kriptovalyutaya satacaq

Dünya xəbərləri Materials 21 Fevral 2018 11:25 (UTC +04:00)
Venesuela Prezidenti Nikolas Maduro ölkənin neft şirkətlərinə öz məhsullarını kriptovalyutada satmağı tapşırıb
Venesuela nefti kriptovalyutaya satacaq

Bakı. Trend:

Venesuela Prezidenti Nikolas Maduro ölkənin neft şirkətlərinə öz məhsullarını kriptovalyuta ilə satmağı tapşırıb.

Trend-in məlumatına görə, bu gündən etibarən neft məhsulları petro kriptovalyutası ilə satılacaq.

Bundan başqa, ölkənin milli aviaşirkətlər assosiasiyası öz xidmətləri üçün petro ilə ödəniş etməyə başlayacaq.

Qeyd edək ki, petro Venesuelanın satışa çıxardığı kriptovalyutadır. Onun dəyəri Venesuela neftinin qiymətinə uyğun müəyyənləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti